Servis Haqqında Məlumat

“Nurgün Motors” Şirkəti 2011-ci ildən başlayaraq Fransa markası olan Renault avtomobillərinin Azərbaycanda rəsmi idxalçısıdır. Şirkət avtomobillərin satışı ilə bərabər öz alıcılarına Avropa standartlarına uyğun və xaricdə texniki kurs keçmiş heyətə malik olan satış sonrası avtomobillərə texniki xidmət mərkəzini istifadəyə verib. Servis mərkəzi müştərilərin rahatlığını təmin etmək üçün Bakı şəhərinin mərkəzində - Salamzadə küçəsi 2 ünvanında yerləşdirilmişdir. Servisə daxil olduqda müştərilərin qarşılanması, avtomobillərin porblemlərinin ilkin olaraq öyrənilməsi üçün yüksək ixtisaslı, böyük iş təcrübəsinə malik qəbul şöbəsi personalı fəaliyyət göstərir. Həmçinin, təmir prosesində avtomobil sahiblərinin istirahətini təmin etmək üçün gözləmə otağı istifadəyə verilmişdir. Servis mərkəzində keyfiyyəti ilə seçilən məhşur markalı avadanlıqlardan istifadə olunur. Avtomobillərin təmirində “MAHA” qaldırıcı qurğularından, “BEİSSBARTH” təkərlərin sökülüb-taxılması və balans edilməsi aparatından, “MAHA” razval aparatından, elektron diaqnostika edilməsi üçün xüsusi olaraq istehsalçı şirkət tərəfindən göndərilmiş “CONSULT” aparatından, amortizatorların kompyuter vasitəsilə işləmə faizinin göstərilməsi üçün “MAHA” diaqnostika qurğusundan, rəngsaz işlərinin aparılması və boyaların tam dəqiqliyi ilə hazırlanması üçün “USİ İTALİA” rəngləmə kamerasından, ağır yol qəzalarından sonra təmir zamanı kuzovun həndəsi dəyişdirilməsi və bərpası üçün “CAR-O-LİNER” avtorobotundan istifadə olunur. “Nurgün Motors” rəsmi idxalçısı olduğu Renault avtomobilləri üçün Servis mərkəzində öz müştərilərinə aşağıdakı xidmətləri təklif edir və göstərilən bütün işlərin keyfiyyətinə zəmanət verir:

 

Çilingər sexi:

  • Hərəkətli hissələrin diaqnostikası
  • Sıradan çıxmış ehtiyyat hissələrin dəyişdirilməsi
  • Təkərlərin balans edilməsi, şinomontaj və həndəsi yoxlanılması
  • Təkər disklərinin təmiri
  • Amortizatorların diaqnostikası
  • Sürət qutusunun sökülüb-yığılması

Elektronika sexi:

  • Avtomobillərin elektron diaqnostikası
  • Kondisioner sisteminin təmiri və freon vurulması
  • Elektron xəttlərin tənzimlənməsi və bərpası
  • Müxtəlif elektron aksessuarların quraşdırılması

Mühərrik sexi:

  • Mühərrikin diaqnostikası
  • Mühərrik sisteminin tam sökülüb-yığılması və təmiri

ADR (armatur, dəmirçi, rəngsaz) sexi:

  • Avtomobilin istənilən kuzov hissələrinin sökülüb-yığılması
  • Avtomobilin salonunda səsin aradan qaldırılması
  • Kuzov hissələrinin həndəsi bərpası və ya dəyişdirilməsi
  • Kompyuter vasitəsilə rənglərin seçimi

Avtomobilin ayrı-ayrı hissələrinin ilkin rəngindən seçilməyərək rənglənməsi


QİYMƏT SİYAHISI İLƏ
Tanış olun.
Renault Servis