Renault DOKKER dünyasına daxil olun

Güclü tərəfləri

Renault DOKKER sizin ehtiyaclarınıza uyğun şəkildə adaptasiya olur ! Sərnişinlərin rahatlığını pozmadan və yükləri zədələmədən geniş həcmdən yararlanın.


KOMFORT

SALONDAKI RAHATLIĞINIZ

Praktik avtomobil olaraq Renault DOKKER sizin ehtiyaclarınız üçün uyğunlaşır və çox gözəl şəraitdə səfər etməyə imkan verir. Sürücünün iş yerindəki komfort.      
Renault DOKKER
Xarici güzgülər
Elektriklə, asan tənzimlənən xarici güzgülər. Xarici güzgüləri asanlıqla salon daxilindən elektronik tənzimləyə bilərsiniz. Donmayan güzgülər qışda əlavə komfort mənbəyidir.   
Renault DOKKER
Tənzimlənən sükan və sürücü oturacağı
Maksimal komfort və rahatlıq üçün sükan və sürücü oturacağını həm hündürlük, həm də dərinliyə görə tənzimləyı bilərsiniz.      
Renault DOKKER
Parklamaya yardım sistemi
Arxa parklamaya yardım sistemi sayəsində tam rahatlıqla park edin.
Arxa ötürmə qoşulan andan səs siqnalı sizin Renault DOKKERin arxasındakı maneələrlə məsafəni bildirir.      

Tənzimləmə və modulluluq

Sahənizi özünüz tənzimləyin

Renault DOKKER sayəsində  siz sərnişinləriniz və yükünüz üçün yer əldə dirsiniz. Salonun müxtəlif formalarda dəyişdirilə bilməsi və böyük yük yeri bütün əşyalarınızı daşımağa imkan verəcək. 
Renault DOKKER
Qatlanan arxa oturacaq
Qatlanan arxa oturacaq 1/3-2/3 həcmdə kiçilə bildiyi üçün siz ehtiyacınız olan yük yeri formasını tərtib edə biliərsiniz.               
Renault DOKKER
Butulkatutan və stəkantutan
Mərkəzi konsola inteqrasiya edilmiş butulkatutan və stəkantutan sayəsində siz sevdiyiniz içkiləri dağıtmadan saxlaya bilərsiniz.   
Renault DOKKER
Qabaq konsolda nizam
Silkələnən əşyalar? Renault DOKKER salonunun qabaq konsolunda əşyalarınızı yerləşdirmək üçün 6 litr əlavə həcm qazanırsınız. Hər şey yerli yerində!               
Renault DOKKER
Qapı cibləri
Çox praktik! Qabaq qapılardakı ciblər sizə 1,5L həcmli butulka daşımağa imkan verir.   
Renault DOKKER
800 litrdən 3m3-dək yük yeri
Bütün əşyalarınızı ölçüsündən asılı olmadan rahatlıqla daşıyın! Həcmi 800 litrdən 3m3-dək dəyişən yük yeri sırf sizin üçündür. Daşınmaq həvəsiniz varmı?       
Renault DOKKER
Arxa və sürgülü yan qapılar
Praktik və əlçatan! Modifikasiyadan asılı olaraq Renault DOKKER 2 yan sürgülü qapı ilə komplektləşdirilir. Yük yerinə daxil olmaq uşaq oyunu kimidir.               

TEXNOLOGİYA

Həyatınızı asanlaşdırın

Bu texnologiyalar sükan arxasında həyatınızı asanlaşdırır.   
Renault DOKKER
Media Nav
7 dyümlük sensor ekran (18sm) və sükanda yerləşdirilmiş düymələr sayəsində siz radio dinləyə yaxud da USB və Jack çıxışları ilə seçdiyiniz mahnılara qulaq asa bilərsiniz. Telefon ucadanışanı,  2D və Bird view ekranlı intuitiv naviqator sayəsində Media Nav sizin sükan arxasında xoş vaxt keçirmənizi təmin edir.   
Renault DOKKER
R-Plug & Radio
R-Plug & Radio sizin Renault DOKKER üçün adaptasiya olunmuş multimedia sistemidir. MP3 üçün CD oxuyucu, Bluetooth, USB və TRS çıxışları, ünvan siyahısının sinxronlaşması və sükanda yerləşdirilmiş idarəetmə düymələri. Musiqi sədaları altında hərəkət edin.   
Renault DOKKER
Mexaniki tənzimlənən kondisioner
Sizin üçün çox isti, ya da çox soyuqdur? Sahibi olduğunuz Renault DOKKERin kondisioner sistemi sizə uyğun temperaturu təmin edəcək.      

TƏHLÜKƏSİZLİK

Arxayınlıqla sürün

Biz Renault DOKKERi sizin hərəkət zamanı təhlükəsizliyiniz üçün bütün vacib detallarla təchiz etdik!
Renault DOKKER
Kilidlənməyən tormoz sistemi
Hərəkət traektoriyanızı nəzarətdə saxlayın. Sizin və sərnişinlərinizin təhlükəsizliyi üçün ABS sistemi kəskin tormozlama zamanı təkərlərin yolla makimum kontaktını təmin edir. Qəza tormozlamasına yardım sistemi isə tormoz yolunu azaltmağa xidmət edir.      
Renault DOKKER
Ön və arxa hava yastıqları
Sizin təhlükəsizliyiniz üçün Renault DOKKER ön və arxa hava yastıqları ilə təchiz edilib. Qabaq oturacağa uşaq oturacağı yerləşdirəcəyiniz təqdirdə hava yastıqları asanlıqla dövrədən ayrıla bilər.    
Renault DOKKER
Sürət məhdudlayıcı
Rahatlıq hissi? Sürət məhdudlayıcı sizə lazım olan maksimal sürəti seçərək tam rahat şəkildə hərəkət etməyə xidmət edir. Siz məhdudlayıcını qabaq konsoldakı düymə vasitəsi ilə işə sala və sükandakı düymə vasitəsi ilə sürəti seçə bilərsiniz.                  
Renault  DOKKER
Hərəkət traektoryasına dinamik nəzarət
Hətta təkərlərin yolla kontaktı ani olaraq itsə belə, traektoriyadan yayınmayın. Riskli idarəetmə zamanı ESC hərəkət traektoryasına dinamik nəzarət sistemi sizin sükana hakim olmağınızı təmin edir.                    
Renault DOKKER
Isofix sistemi
Bu sistem sayəsində siz uşaq oturacaqlarını arxa oturacaqlara rahat şəkildə fiksasiya edə bilərsiniz. Uşaqlarınızla birgə arxayın səyahət edin.       
Renault DOKKER
Hündürlüyə görə tənzimlənən təhlükəsizlik kəmərləri
Hərəkət zamanı sizin təhlükəsizliyiniz vəkomfortunuz üçün qabaq təhlüəsizlik kəmərləri hündürlüyə görə tənzimlənə bilir.    
RENAULT DOKKER sürmək istəyirsinizmi?