QƏNAƏTC İ L VƏ İQTİSADİ BAXIMDAN SƏMƏRƏLİ
Renault-un ətraf mühit strategiyası planetimizin üzləşdiyi ekoloji çətinliklərin başa düşülməsinə əsaslanır. Bu strategiyanın üç öhdəliyi vardır:
1. Ətraf mühitə CO2 qazının daha az buraxılmasına görə dünyanın ən yaxşı üç avtomobil istehsalçısından biri olmaq;
2. Bioetanol və biodizel kimi bioyanacaqlarla işləyən modellər təklif etmək;
3. Geniş miqyaslı texnologiyaları inkişaf etdirmək.
Renault öhdəliklərinin ətraf mühitin mühafizəsi olduğunu vurğulayır və həm qənaətcil, həm də ekoloji baxımdan təmiz olan bir sıra avtomobillər təklif edir.
RENAULT istismar müddətinin idarə olunmasında öz liderliyini təsdiq edir
Avtomobil istehsalçısı kimi ekoloji çətinlikləri və öz məsuliyyətlərini başa düşən Renault avtomobilin istehsalından başlamış onun həyat müddətinin sonuna qədər bütün istismar müddətini nəzərə almaqla ambisiyalı qlobal ətraf mühit strategiyasına malikdir. Renault 2008-ci ilin fevral ayında “Renault Environment” yaratmaqla yeni bir mərhələyə qədəm qoydu. 100% Renault-a məxsus olan bu törəmə şirkət məhsulların son istifadəsini optimallaşdırmaq məqsədi ilə Fransada və beynəlxalq səviyyədə layihə və tərəfdaşlıqları inkişaf etdirir.