Xəbərlər

renault

Çap etGöndər
CASPIAN MOTOR SHOW SƏRGİSİNDƏ RENAULT-UN “QIZIL ÇARXI” 

Azərbaycanda sayca doqquzuncu Caspian Motor Show avtomobil sərgisi keçirildi. Renault avtomobil konserni burada cari ilin ən önəmli yeniliklərini – Duster və Koleos offrouderlərini təqdim etdi. Sərginin kəşfi kimi dəyərləndirilən avtomobillər tədbir iştirakçılarının rəğbətini qazanmağa müvəffəq oldular.

RENAULT DUSTER AZƏRBAYCAN YOLLARINI FƏTH ETDİ 

Azərbaycanın Xızı rayonunda Renault-un ilk offrouderi – Duster modelinin test-drayvı keçirilib. Tədbir, bu yaxınlarda Azərbaycan bazarında modelin satışlarına start verilməsi ilə əlaqədar baş tutub. Ölkənin qabaqcıl avtomobil KİV-lərinin nümayəndələri yeni modelin hərəkət və istismar xüsusiyyətlərini sınaqdan keçirmək üçün unikal imkan qazandılar. 
Test-drayv Azərbaycanın tanınmış şairi Mikayıl Müşviqin ev-muzeyi yerləşdiyi Xızı qəsəbəsinin səfalı dağ məkanında baş tutdu. Renault Duster çətin keçilən dərə-təpəli yolları, kiçik çay sahəsini və girintili-çıxıntılı dağ yolunu müvəffəqiyyətlə dəf etdi. Marşrutun uzunluğu 200 km təşkil edirdi. Test-drayvda iki avtomobil iştirak edib: tamötürücü Duster - benzin mühərriki 1,6l , 102 a.g., beşpilləli mexaniki transmissiyaya ilə və Duster-in ön ötürücülü versiyası - benzin mühərriki 2.0l, 135 a.g. dördpilləli avtomatik transmissiya ilə. 
“Renault Duster şirkətimizin MDB ölkələrinin bazarlarında yeni inkişaf mərhələsinə qədəm qoymasını təcəssüm edir. Bu offrouderin meydana çıxması ilə Renault yeni seqment açdı. Müştərilərə əlverişli qiymətlərlə unikal avtomobil təklif edərək, Renault yeni seqmentdə dərhal lider mövqeyi tutmağa israrlıdır. Yeni Duster – Renault-un avtomobil istehsalında əldə etdiyi zəngin təcrübə və bilgilərini ifadə edir”, – Renault-un Avrasiya üzrə kommersiya direktoru Fabris Kamboliv qeyd edib. 

RENAULT DUSTER 4x4 OFFROUDERI – HƏR KƏS ÜÇÜN 
Renault Duster ilk baxışdan özünü əsl 4х4 tam ötürücü avtomobil kimi göstərir. Modelin ön hissəsi etibarlılıq ifadə edir: geniş qanadlar, radiatorun xromlaşdırılmış barmaqlıqları və s. kimi amillər Renault Duster-in damarlarında əsl offrouder qanının axmasına şübhə doğurmur. Hündür klirens, təsiredici təkər tağları və möhkəm kuzov, sürücünü keçilməsi mümkün olmayan yollara səfər etməyə sövq edir. 
Renault Duster istənilən məkanın yollarında hərəkət etmək üçün yaradılıb. Modelin kuzovunun gücləndirilmiş aşağı hissəsi, hündür klirensi (200 mm artıq) və böyük aşma bücaqı (30° giriş bucaq и 35° enmə) yolsuzluq şəraitində hərəkət etmək üçün tam uyğunlaşdirilib. 
Renault Duster – istismarda çox əlverişli avtomobildir. Avtomobil yüngül çəkisi (4х2 versiyada 1 180 kq, 4х42 - 1280 kq), habelə yığcam ölçüsü və yüksək çeviklikliyi ilə seçilir. 4х4 modifikasiyalı salonda, mərkəzi konsolun alt hissəsində yerləşən idarəetmə paneli vasitəsi ilə sürücü çox asanlıqla avtomobili öz istəyinə görə kökləyə bilər. 
Qiymət/keyfiyyət mütənasibliyini nəzərə alsaq, Renault Duster üçün rəqib tapmaq müşkül məsələdir. Çünki bu avtomobil təhlükəsizliyin optimal səviyyəsi, nöqsansız etibarlılığı və qənaətcil mühərriklər sayəsində - əlverişli istismar qiymətini özündə birləşdirir. 
Renault Duster avtomobilini Renault Azərbaycan Satış Mərkəzindən çox əlverişli satış şərtlərilə - 15% ilkin ödəniş, 14% illik bank faizi ilə 15 900 AZN-dən başlayan qiymətlərlə əldə edə bilərsiniz. 
Renault Duster avtomobilinə 3 il və ya 100000 km zəmanət verilir. 

Ünvan: Bakı, Babək prospekti, 28 D 
Telefon: (+994 12) 447 27 21 

 İlin Kommersiya Avtomobili bəlli oldu!   09 Avqust tarixində keçirilən Caspian Motor Show 2014 avtomobil sərgisində avropa brendi olan Dokker “İlin kommersiya avtomobili” mükafatına layiq görülüb.
“Renault-un bu cür görkəmli avtomobil sərgisində iştirakı – təsadüfi hal deyil. Məhz burada biz ən son modellərimizi - ilk qənaətcil offrouder Duster və yenilənmiş Koleos modellərini nümayiş etdirmək niyyətində idik. Cəmi bir ərzində Renault çoxsaylı yerli avtomobil həvəskarlarının diqqətini cəlb etməyə qadir olub. Çox məmnunuq ki, səbirsizliklə gözlənilən yeni modellərimiz sərgidə böyük maraqla qarşılanıblar”, - Renault Avrasiya-nın kommersiya Direktoru Fabris Kamboliv qeyd edib. 
Caspian Motor Show çərçivəsində Azərbaycan avtomobil bazarında göstərilmiş nailiyyətlərə görə müxtəlif nominasiyalar üzrə mükafatlandırılma mərasimi keçirilib. O cümlədən, il ərzində Renault-un fəal şəkildə həyata keçirilən PR fəaliyyəti xüsusi “Qızıl Çarx” mükafatına layiq görülüb. 
Məlumat üçün bildiririk ki, Renault avtomobillərini sərfəli satış şərtləri ilə - 15% ilkin ödəniş və 14% illik bank faizi ilə Renault Satış Mərkəzindən əldə edə bilərsiniz.

Ünvan:
Bakı, Babək prospekti, 28 D 
Telefon: (+994 12) 447 27 21