Renault-u Kəşf Edin

renault

Çap etGöndər

QƏNAƏTCİL VƏ  İQTİSADİ BAXIMDAN SƏMƏRƏLİ

 

Renault-un ətraf mühit strategiyası planetimizin üzləşdiyi ekoloji çətinliklərin başa düşülməsinə əsaslanır. Bu strategiyanın üç öhdəliyi vardır:

 

1. Ətraf mühitə CO2 qazının daha az buraxılmasına görə dünyanın ən yaxşı üç avtomobil istehsalçısından biri olmaq;

2. Bioetanol və biodizel kimi bioyanacaqlarla işləyən modellər təklif etmək;

3. Geniş miqyaslı texnologiyaları inkişaf etdirmək.

 

Renault öhdəliklərinin ətraf mühitin mühafizəsi olduğunu vurğulayır və həm qənaətcil, həm də ekoloji baxımdan təmiz olan bir sıra avtomobillər təklif edir.

  • Avtomobilin bütün həyat müddəti ərzində ətraf mühitə göstərilən təsirini azaltmaq öhdəliyi vasitəsi ilə ekoloji baxımdan sağlam avtomobil. Lap əvvəldən hər bir yeni layihə özündə istehsal prosesləri, materialların seçilməsi, çirkləndirici vasitələr və CO2 qazının buraxılması, yanacaq sərfiyyatı və tullantıların istifadəsini ehtiva edir.
  • Yanacaq istifadəsi sahəsində qənaətcil. Renault bir çox böyük ekoloji problemlərin həlli yolunun cəlbedici qiyməti saxlamaqla avtomobillərin əksəriyyətinə tətbiq edilə biləcək texnoloji təkmilləşmələr olduğunu vurğulayır.
  • Renault tullantılardan istifadə etməklə ətraf mühit üçün daha təhlükəsiz avtomobillər istehsal etmək niyyətindədir. Renault-un güclü tərəflərindən biri onun ətraf mühit amilini avtomobilə dizayn verilməsi mərhələsindən başlayaraq həyat müddətinin sonuna qədər avtomobilin bütün mərhələlərinə inteqrasiya etmək bacarığıdır. Hazırki Renault avtomobillərinin eko-dizaynı onların kütləsinin 95%-nin təkrar istifadə olunmasına imkan verir. Bu həm də onu bildirir ki, onun bir çox komponentləri tullantıların emalı nəticəsində istehsal edilmiş plastikdən və təkrar istehsal edilən materiallardan hazırlanır.

RENAULT istismar müddətinin idarə olunmasında öz liderliyini təsdiq edir

Avtomobil istehsalçısı kimi ekoloji çətinlikləri və öz məsuliyyətlərini başa düşən Renault avtomobilin istehsalından başlamış onun həyat müddətinin sonuna qədər bütün istismar müddətini nəzərə almaqla ambisiyalı qlobal ətraf mühit strategiyasına malikdir. Renault 2008-ci ilin fevral ayında “Renault Environment” yaratmaqla yeni bir mərhələyə qədəm qoydu. 100% Renault-a məxsus olan bu törəmə şirkət məhsulların son istifadəsini optimallaşdırmaq məqsədi ilə Fransada və beynəlxalq səviyyədə layihə və tərəfdaşlıqları inkişaf etdirir.