Aktiv

təhlükəsizlik

Çap etGöndər
FARANIN YAXIN İŞIQLARININ AVTOMATİK YANMASI 
Xarici işıq şəraitindən asılı olaraq (toran, tunelə giriş, avtomobil parkı). 

AVTOMATİK ŞÜŞƏTƏMİZLƏYƏNLƏR 
Yağışın intensivliyinə əsasən parametrlərə avtomatik nəzarət (avto vəziyyətdə olduqda) 

“MƏNİ EVƏ ÖTÜR” FUNKSİYASI 
Mühərrikin söndürülməsi ilə faralar 30 saniyə ilə 2 dəqiqə arasında yanmaqda davam edir; rejim faraların yandırlıb-söndürülməsi ilə (1-4 dəfə) aktiv edilir. 

KRUİZ KONTROL VƏ SÜRƏT MƏHDUDLAŞDIRICI 
Kruiz kontrol – Sürücü akselerator və ya əyləc pedalına basmadan avtomobilin hərəkət edəcəyi daimi sürəti müəyyənləşdirir. Əyləc pedalına basmaqla sistemdən çıxmaq olar. Sürət məhdudlaşdırıcı – Avtomobilin sürət həddini keçməyəcəyi maksimum sürəti təyin etməyə imkan verir. Bu sistemdən 29km/s-dən yuxarı sürətlərdə istifadə oluna bilər. Sürücünün idarəetməni öz əlinə alması lazım olduğu təqdirdə o, akseleratorun pedalına basmaqla (dayaq nöqtəsini keçməklə) sistemdən çıxa bilər. 
Park etmə zamanı yaxınlaşma sensoru (modeldən asılı olaraq) – Arxaya hərəkət zamanı maneələr yaxınlaşdıqda səsli xəbərdarlıq edir. 

BÜTÜN ŞƏRAİTLƏRDƏ STABİLLİYƏ NƏZARƏT 
Elektron Sabitlik Proqramı (ESP) – Döngələrdə kənardan hərəkət etdikdə və ya qəflətən istiqaməti dəyişdikdə sürücüyə avtomobilin idarəolunmasını saxlamağa kömək edir. Blokirovkaya düşməyən əyləc sistemi (ABS) – Əyləc pedalını kəskin basdıqda təkərlərin blokirovkaya düşməsinin qarşısını alır, sürücüyə avtomobili idarə etməyə və maneələrdən yayınmağa imkan verir. 
Təkərlərin yerində fırlanmasının tənzimlənməsi (ASR) – Dartı qüvvəsinin tənzimlənməsi sürətlənmə zamanı mühərrikin fırlanma anının ESP tənzimlənməsinə, sürəti aşağı saldıqda isə ESP sisteminə daxil edilib. Qəza əyləci yardımı (EBA) – Sürücü əyləc pedalına təzyiqi azaltdıqda belə qəza anında dayanma zamanı əyləc pedalının maksimum sıxılmasını təmin edir. (Renault Sport seriyasında yoxdur). 
Əyləc qüvvəsinin elektron paylanması (EBD) – Qeyri-bərabər yükləndikdə belə avtomobilin ön və arxa təkərləri arasında əyləc balansını təmin edir. 
Maili mövqedən start (HSA) (yalnız Koleos 4WD) – Bu funksiya dayanmadan və dayanma əyləcindən istifadə etmədən hər dəfə asanlıqla hərəkəti davam etdirməyə imkan verir. 
Enişdə nəzarət (HDC) (yalnız Koleos 4WD) – Bu funksiya sayəsində enişdə və ya sürüşkən maili mövqelərdə hərəkət zamanı əlavə diqqət tələb olunmur.